REGİONLAR


Zaqatalada yeni gül emalı zavodu tikiləcək

A+ A

Zaqatala, 11 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalada yeni gül emalı zavodu tikiləcək. Hazırda zavodun inşası üçün Türkiyədə layihələndirmə işləri aparılır.

Bu barədə AZƏRTAC-a Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayonda yeni gül plantasiyaları da salınır. Bu məqsədlə rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Artıq 77 hektar sahədə yeni gül plantasiyası salınıb.

Bolqarıstandan gətirilən 250 min ədəd qızılgül tingi 64 hektar sahəyə əkilib. Ərazinin qalan hissəsinə isə hazırda lavanda gülü əkilir. Bu məqsədlə gətirilən 500 min ədəd gülün 260 min ədədi 13 hektar sahəyə köçürülüb və iş davam etdirilir. Yeni salınan gül plantasiyasından bir neçə ildən sonra ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.