REGİONLAR


Zaqatalanın Aşağı Tala kəndində yeni tibb məntəqəsi istifadəyə veriləcək

Zaqatala, 26 may, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalanın Aşağı Tala kəndində inşasına başlanılan yeni tibb məntəqəsi bu ilin avqustunda kənd sakinlərinin istifadəsinə veriləcək.

AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi əhaliyə göstərilən tibb xidmətinin səviyyəsini daha da yaxşılaşdırmaqdır. Yararsız vəziyyətdə olan əvvəlki tibb məntəqəsinin yerində inşa olunan 7 otaqdan ibarət yeni binanın ümumi sahəsi 122 kvadratmetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.