REGİONLAR


Zaqatalanın həvəskar futbolçuları İslam Həmrəyliyi Oyunlarına dəstək nümayiş etdirirlər

Zaqatala, 12 may, Mustafa Dadaşov, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Zaqatala Olimpiya İdman Kompleksinin mini futbol meydançasında mini futbol üzrə rayon birinciliyi başlayıb.

Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışlar, eyni zamanda, “Futbolun inkişafı üzrə Dövlət Proqramı”nın icrası, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

Rayonun müxtəlif müəssisə və təşkilatlarını təmsil edən 13 komandanın mübarizə apardığı birinciliyə mayın 22-də yekun vurulacaq.

Qalib komandalar mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.