REGİONLAR


Zaqatalanın xurma bağlarında məhsul yığımına başlanılıb

A+ A

Zaqatala, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunda 346 hektar xurma bağı var. Bu bağların 289 hektarı barverəndir. Hər il xurma bağlarından 5 min tondan artıq məhsul götürülür. İstehsal olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiya bazarlarına da göndərilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, xurma bağlarında artıq məhsul yığımına başlanılıb. Hazırda 9-11 kiloqramlıq xurma yeşiyinin qiyməti 2-3 manat arasında dəyişir.

Ötən il rayonun xurma bağlarından 5238 ton məhsul götürülüb. Bu il də rayonda xurma istehsalının 5 min tondan çox olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.