Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Zaur Həsənov: Meyvələrlə müalicə insanın sağlam və uzun ömür yaşaması üçün təbii üsuldur VİDEO

Zaur Həsənov: Meyvələrlə müalicə insanın sağlam və uzun ömür yaşaması üçün təbii üsuldur VİDEO

Gəncə, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC

Tərkibi qiymətli maddələrlə zəngin olan meyvə və giləmeyvə məhsulları insan qidasının mühüm hissəsini təşkil etməklə yanaşı, həm də bir çox xəstəliklərin müalicəsində əvəzsiz vasitədir. Meyvələrlə müalicə təbii olmaqla yanaşı, həm də çox faydalıdır.

Bu barədə AZƏRTAC-a danışan Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Həsənov deyib ki, meyvələrdən hələ qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə edilib. Bu işlə keçmişdə əsasən bilikli insanlar və loğmanlar məşğul olublar.

Meyvə və giləmeyvələrlə düzgün qidalanmaq insanın

psixi sağlamlığını sabitləşdirir, ovqatı isə yüksəldir

Alim qeyd edib ki, meyvələrlə müalicə insanın sağlam və uzun ömür yaşaması üçün təbii üsuldur. Hər bir meyvə və giləmeyvə tərkibindəki karbohidratların, yağların, zülalların, üzvi turşuların, fermentlərin, bioloji fəal maddələrin, xüsusən də vitaminlərin olması ilə qiymətlidir. Məhz meyvələrin tərkibinin bu cür zəngin olması orqanizmdə maddələr mübadiləsini, əsəb və qan-damar sistemini tənzimləyir, həzm prosesini gücləndirir, tonusu və immun qabiliyyətini artırır. Həmçinin meyvə və giləmeyvələrlə düzgün qidalanmaq insanın psixi sağlamlığını sabitləşdirir, dərini təravətləndirir, diqqəti artırır, hafizəni gücləndirir, ovqatı isə yüksəldir.

Alim bildirib ki, bəzi meyvələr ət, balıq və çörəkdən çox, kərə yağında olduğu qədər kalori verir. Meyvələrlə qidalandıqda tərkibindəki vitaminlər orqanizmdə qısa müddətdə mənimsənilir, maddələr mübadiləsi nizamlanır. Həmçinin orqanizmdə iştah əmələ gətirir, orqanların funksional fəaliyyətini gücləndirir, bədənin ağırlığını və baş verə biləcək xəstəliklərin qarşısını alır, orqanizmin xarici təsirlərə davamlılığını yüksəldir, qocalmanı ləngidir.

Çiyələk və moruq uşaqların sağlam böyüməsi üçün olduqca faydalıdır

Bir çox meyvə və giləmeyvənin faydasından danışan alim qeyd edib ki, moruğun giləsi və ondan emal olunan məmulatdan tərçıxaran vasitə kimi, nar şirəsindən mədə və qanlı ishal xəstəliklərinə, kök, gövdə, budaq, meyvə qabığından bağırsaq qurdlarına, heyvanın selikli toxumalarından isə öskürəyə qarşı istifadə edilməsi məsləhətdir.

Çiyələk və moruğun gilələri uşaqların sağlam böyüməsi üçün olduqca faydalıdır. Çiyələyin gilələrində olan mineral birləşmələr orqanizmdə möhkəmlik yaradır, körpələrin sümük toxumalarının normal inkişafını təmin edir, uşaqların xəstəliklərə müqavimətini yüksəldir. Bu bitkinin gilələri sinqa və mədə iltihabı xəstəliklərində, qara qarağatın gilələri qan-damar, qansızma, yara, xora, şiş xəstəliklərində, firəng üzümünün gilələri maddələr mübadiləsinin pozulmasında, piylənmədə, zeytun yağı qara ciyər, skleroz xəstəliklərində qiymətli tibbi vasitə hesab olunur. Çaytikanı yağı xüsusilə ağır cərrahi əməliyyatdan sonra yaraların sağalması, habelə şüalanmadan əmələ gəlmiş zədələrin, mədə yarasının, onikibarmaq bağırsağın, ginekoloji xəstəliklərin, hipertoniya, ekzema, anemiya, katarakt və başqa xəstəliklərin müalicəsində geniş istifadə edilir.

Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara qoz və fındıq ləpəsi xeyirlidir

Sitrus meyvələrinin tərkibində pozulmuş sinir sistemini normallaşdıran, qanı saflaşdıran və qanaxmanın qarşısını alan maddənin olduğunu deyən alim bildirib ki, xurma şirəsindən alınan preparatla zobdan orta və yüngül dərəcədə zəhərlənmələrə qarşı tibdə geniş istifadə olunur. Zoğalın çəyirdəyini qurudub üyüdərək, onun tozunu yaranın üzərinə səpməklə qısa vaxtda sağalmasına nail olmaq mümkündür. Həmçinin şəkərli diabet xəstəliyinə düçar olmuş xəstələrə qoz, fındıq ləpəsinin yeyilməsi tövsiyə olunur.

Fındıq unundan hazırlanmış peçenye körpələrdə

sümük toxumalarının möhkəmlənməsinə kömək edir

Fındıq unundan hazırlanmış peçenye isə körpələrdə sümük toxumalarının möhkəmlənməsinə kömək edir. Sistemli şəkildə meyvə-giləmeyvə qəbul edən orqanizm ateroskleroz, hipertoniya, mədə-bağırsaq, dizenteriya, müxtəlif yoluxucu, ürək-damar, daxili sekresiya vəzilərinin fəaliyyəti nəticəsində baş vermiş böyrək, qara ciyər, diabet, duz mübadiləsinin pozulması, piylənmə, qanazlığı, şüalanma və digər xəstəliklərdən azad olur.

Uzun illər apardığı ciddi elmi araşdırmaların nəticəsi olaraq nəşr olunan “Meyvələrlə müalicə (pomoterapiya)” kitabında bitki cinsləri arasında qruplaşdırılan bütün meyvə və giləmeyvələrin tərkibi, onların faydası, eləcə də müəyyən xəstəliklərə qarşı təsiri haqqında geniş məlumat verdiyini deyən Z.Həsənov bildirib ki, bu əsər sağlam və uzun ömür yaşamaq arzusunda olan hər bir oxucu üçün faydalı kitab ola bilər.

Zaur Həsənov: Meyvələrlə müalicə insanın sağlam və uzun ömür yaşaması üçün təbii üsuldur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər