SİYASƏT


Zayed Sultan: Prezident İlham Əliyev forumdakı çıxışında dünyanı düşündürən məsələlərə toxundu

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında dünyanı düşündürən məsələlərə toxundu və belə bir çıxışa həqiqətən böyük ehtiyac duyulurdu. Prezidentin çıxışında İslam dünyasının problemləri, müsəlman aləminin məruz qaldığı müharibələr, insanların öz yurd-yuvalarından qaçqın düşməsi və digər bu kimi aktual problemlər bütün dəqiqliyi ilə əksini tapıb.

Bu fikirləri Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) departament rəhbəri Zayed Sultan AZƏRTAC-a müsahibəsində deyib.

Azərbaycanda yüksək tolerantlıq ənənələrinin təşəkkül tapdığını vurğulayan Z.Sultan forumu ölkəmizdəki mültikulturalizmin təbliği və dünyada tanıdılması baxımından da yüksək dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.