DÜNYA
Zəfər bayramı münasibətilə köhnə avtobuslar İstanbulda dövrə vurub
İstanbul, 31 avqust, AZƏRTAC
Zəfər bayramı – Türk Silahlı Qüvvələri günü münasibətilə Türkiyədə keçirilən tədbirlər çərçivəsində köhnə avtobuslardan ibarət maşın karvanı İstanbulda dövrə vurub.
Əvvəlki modelini saxlamaqla Türkiyədə təmir olunan 5 ədəd avtobus Topqapı-Kapataş yolunda hərəkət edib. 1927-ci ildə Fransadan alınan “Renault Scemi” markalı bu avtobuslar 11 il Taksim-Beşiktaş yolunda sərnişinlərə xidmət göstərib.
Bildirilir ki, 1942-ci ildən fəaliyyəti dayandırılan bu avtobuslar bundan sonra İstanbulun tarixi yerlərində hərəkət edəcəkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [23:11]
Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]