İDMAN


“Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb

Bakı, 19 iyun, AZƏRTAC 

İyunun 19-da Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” layihəsinin tərəfdaşlarının mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Azersun”, BP, “GoSport”, “Lider” Televiziya və Radio, “Procter and Gamble” şirkətlərinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının medalçıları olan Azərbaycan idmançıları ilə görüşlərin keçirildiyi “Zəfər günləri” layihəsinin əsas tərəfdaşları qismində çıxış etdikləri diqqətə çatdırılıb. Bildirilib ki, “Lider” TV eksklüziv televiziya tərəfdaşı qismində birinci Avropa Oyunlarında olduğu kimi, bu dəfə də “Zəfər günləri”ni canlı yayımlanmasını həyata keçirib. Builki kampaniyada MOK-un “Rio-2016” Yay Olimpiya Oyunlarında böyük uğurla tətbiq etdiyi sosial mediadan da geniş istifadə olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək İslamiada günlərində uğurla keçirilən “Zəfər günləri” proqramının əhəmiyyətindən və onun icrasında tərəfdaşların fəal dəstəyindən danışaraq deyib: “Bir ay əvvəl Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində “Zəfər günləri” proqramı uğurla təşkil olundu. Bu layihənin keçirilməsində tərəfdaşların rolu danılmazdır. Tərəfdaşların dəstəyi sayəsində “Zəfər günləri” çərçivəsində Milli Olimpiya Komitəsində Oyunların qalibləri ilə mətbuat nümayəndələrinin və ictimaiyyətin görüşləri təşkil olunub”.

MOK-un marketinq departamentinin rəisi Mehman Kərimov proqram çərçivəsində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edərək, MOK-un sosial mediada fəallığını diqqətə çatdırıb.

Azərbaycan Olimpiya komandasının tərəfdaşları fəal həyat tərzinin və Olimpiya hərəkatının inkişafına töhfə vermələrindən məmnunluqlarını ifadə ediblər.

Sonda “Zəfər günləri” proqramında fəal iştiraklarına görə tərəfdaşlara diplom və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.