DÜNYA
Zemanın Tramp tərəfə reveransı
Praqa, 9 yanvar, AZƏRTAC
Çexiya Respublikasının Prezidenti Miloş Zeman “Blesk.cz” portalına müsahibəsində əcnəbi hakerlərin fəaliyyətinin ABŞ-da prezident seçkilərinin gedişinə təsir edə bilməsi barədə fərziyyəni təkzib edib. O, həmçinin bildirib ki, “nə Barak Obama, nə də Hillari Klinton onu Ağ Evə çağırmazdı”, lakin Donald Tramp seçilmiş prezident kimi bunu hələ 2016-cı ilin dekabrında edib. Miloş Zeman hesab edir ki, bu dəvət onların baxışlarının yaxınlığı ilə bağlıdır. O, planlaşdırılan görüşü “mühüm beynəlxalq tədbir və ən azından dostcasına addım” kimi qiymətləndirir. Çexiya liderinin sözlərinə görə, Tramp Çexiyanı yaxşı tanıyır, çünki o, keçmiş həyat yoldaşı, əslən çexiyalı olan İvananı atasının dəfnində müşayiət edib. Donald Trampa bu fakt da yaxşı məlumdur ki, Çexiyanın dövlət başçısı Aİ ölkələri sırasında Amerika seçkilərində onun namizədliyini açıq şəkildə dəstəkləyən yeganə dövlət başçısıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa