CƏMİYYƏT


“Zəngi” liseyinin uğuru

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltifi haqqında imzaladığı əmrdə “Zəngi” liseyinin üç məzununun da adı var.

Liseydən AZƏRTAC-a bildiriblər ki, həmin məzunlardan Nilufər Məmmədli qızıl, Heydər Məmmədli və Qıztamam Xudiyeva isə gümüş medala layiq görülüblər.

Liseyin 131 nəfər məzunundan 102-si 2016-2017-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edib. Onlardan səkkizi təhsilini xarici ölkələrin nüfuzlu universitetlərində alacaq.

Xatırladaq ki, ötən tədris ilində liseyin şagirdləri beynəlxalq müsabiqələrdə də diqqətəlayiq uğurlar qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.