DÜNYA


“Zentiva” əczaçılıq şirkəti bir sıra dərmanları satışdan təcili götürür

A+ A

Praqa, 15 sentyabr, AZƏRTAC

Çexiya paytaxtında dərman maddələri buraxan “Zentiva” əczaçılıq şirkəti 60-dan çox müxtəlif dərman maddələrini bazardan çıxarır. Məlumata görə, həmin dərmanların tərkibində olan maddələr qablaşdırmada göstərilənlərə uyğun gəlmir. Dərmanlar Çexiya, Slovakiya, Polşa, Macarıstan və MDB ölkələrində satılırdı. Söhbət geniş spektrli xəstəliklər üçün nəzərdə tutulan və tez-tez alınan dərmanlardan gedir. Bu həblərin tərkibində olan dərman maddələrinin insan sağlamlığına təsiri hələlik öyrənilməyib.

Azərbaycan vətəndaşlarına bu firmanın məhsullarını alarkən diqqətli olmaq məsləhət görülür.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.