REGİONLAR


Zərdab: 700 hektardan çox əkin sahəsi normal suvarma suyu ilə təmin olunacaq

Zərdab, 8 fevral, AZƏRTAC

Zərdabın Əlvənd və Otmanoba kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 3,4 kilometr nov kanalları şüşə lifli novlarla əvəzlənir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, nov kanalları Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə “Qarabağ-R” MMC tərəfindən çəkilir. Artıq 1,5 kilometr məsafədə işlər başa çatdırılıb. Yeni nov kanalı hər iki kənddə, ümumilikdə, 700 hektardan çox əkin sahəsinin normal su ilə təmin olunmasına imkan verəcək.

Təmir-bərpa işlərinin may ayında yekunlaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.