REGİONLAR


Zərdab fermerləri çəltik biçinini davam etdirirlər

A+ A

Zərdab, 14 sentyabr, AZƏRTAC

Zərdab rayonunda çəltik biçini sürətlə davam etdirilir və indiyədək sahələrdən 166 ton məhsul götürülüb.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən Namiz Rüstəmov məlumat verib. Bildirib ki, Zərdabda yüksək keyfiyyəti ilə seçilən və bu gün yerli bazarlarda böyük tələbat olan çəltik yetişdirməyə maraq son illər getdikcə artır. Fermerlər tərəfindən cari mövsümdə 70,5 hektarda çəltik yetişdirilib və hazırda biçin kampaniyası sürətlə davam etdirilir. Artıq 46,5 hektarın məhsulu yığılıb. Hər hektardan məhsuldarlıq 35,7 sentner olmaqla 166 ton məhsul istehsal edilib.

Hazırda məhsul yığımı davam edir. Cari mövsümdə ötən ildəkindən xeyli çox məhsul istehsal ediləcəyi gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.