REGİONLAR


Zərdab kümçüləri 24 tondan çox barama təhvil veriblər

Zərdab, 8 iyun, AZƏRTAC 

Zərdab rayonunda barama təhvili davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, ötən il cəmi 5710 kiloqram barama yetişdirən kümçülər cari mövsümdə “Şəki-İpək” ASC-yə artıq bu günədək nəzərdə tutulan 24 tondan da çox barama təhvil veriblər.

Qeyd edək ki, bu il Zərdab kümçülərinə 480 qutu (9249 qram) inkubasiya olunan ipəkqurdu toxumu paylanmışdı. Rayonun demək olar ki, bütün ərazi vahidlərində, xüsusən Əlibəyli, Əlvənd, Şahhüseyinli, Şıxbağı, Yuxarı Seyidlər və bir sıra digər yerlərdə kümçülər daha yüksək nəticələrə nail olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.