REGİONLAR
Zərdab rayonunda çəltik əkininə hazırlıq görülür
Zərdab, 28 yanvar, Adil Ağayev, AZƏRTAC
Zərdab rayonunda son illər çəltikçiliyə maraq xeyli artırılıb. Bunun nəticəsidir ki, 2013-cü ilə nisbətən ötən il əkin sahələri 4 dəfədən çox genişlənib. Məhsul istehsalı da 4,3 dəfə artaraq 115 tona çatıb.
AZƏRTAC xəbər ki, hazırda çəltikçiliklə daha çox məşğul olunan ərazilərdə, o cümlədən Məlikli, Burunlu kəndlərində sakinlər yaz əkinlərinə ciddi hazırlıq işləri görürlər.
Qeyd edək ki, aprel-may aylarında əkin kampaniyası aparılacaq. Artıq kifayət qədər şum qaldırılıb, hamarlama işləri aparılıb. Hazırda sahələrdə tirə işləri həyata keçirilir. Cari mövsümdə rayonda çəltik əkini sahələrinin azı 70 hektara çatdırılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:28]
Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]