REGİONLAR
Zərdab rayonunda elektrik təsərrüfatında yenidənqurma işlərinə başlanılıb
Zərdab, 4 avqust, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramına müvafiq olaraq Zərdab rayonunda elektrik təsərrüfatı yenilənir.
AZƏRTAC rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, artıq 35 kilovoltluq Zərdab-Əlvənd hava xəttinin 7 kilometr hissəsi yenidən qurularaq istifadəyə verilib. Həmin xəttə xidmət edən transformator təqribən 4 dəfə daha güclü transformatorla əvəz ediləcək.
Habelə şəhər ərazisində 4 ədəd, Dəli Quşçu, Körpükənd və Callı kəndlərinin hər birində 1 ədəd transformator yeni tipli transformatorlarla əvəzlənib. Hazırda 0,4 kilovoltluq açıq hava xəttinin SİP kabel xətti ilə əvəz olunması işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]