REGİONLAR


Zərdab rayonunun Məlikumudlu kəndinə təbii qaz verilib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Zərdab rayonunun Məlikumudlu kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 249 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 20 min 834 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sakinlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.