REGİONLAR


Zərdabda 1 saylı məktəb-liseyin binası əsaslı təmir olunur

Zərdab, 11 yanvar, AZƏRTAC

Zərdab şəhərindəki H.Zərdabi adına 1 saylı məktəb-liseyin binasının əsaslı təmirinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, 1176 şagird yerlik təhsil ocağının əsaslı təmiri Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilir. İşlər “Xim Ekspres-2000” MMC tərəfindən görülür.

Qeyd edək ki, təhsil ocağı, həm də yeni inventar və avadanlıqlarla təchiz olunacaq.

Aparılan əsaslı təmir işləri ilə əlaqədar məktəb-liseyin şagirdləri müvəqqəti olaraq şəhər 2 və 3 saylı tam orta məktəblərdə təhsil alırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.