REGİONLAR
Zərdabda “Sülh inkişafın əsas təməlidir” mövzusunda “dəyirmi masa”
AZƏRTAC xəbər verir ki, rayon rəhbərlərinin, gənclərin, ziyalıların qatıldıqları tədbiri Mərkəzin direktoru Könül Rəhimova açaraq BMT-nin 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünyada qeyd olunan Beynəlxalq Sülh Günü barədə məlumat verib.
Tədbirdə çıxış edənlər tərəqqi, inkişaf üçün sülhün zəruriliyini qeyd edərək irqindən, dinindən, millətindən asılı olmayaraq hər bir dövlətin, hər bir bəşər övladının bunun üçün çalışmalı olduğunu vurğulayıblar.
“Dəyirmi masa”da dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş və uğurla icra olunan insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı barədə danışılıb. Burada əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə müəyyən işlərin görüldüyü vurğulanıb.