REGİONLAR
Zərdabda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır
Bakı, 30 yanvar, AZƏRTAC
“Zərdab” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə 2014-cü ildə istehlak əvvəlki illə müqayisədə 5,9 milyon kilovat-saatdan çox artaraq 54,1 milyon kilovat-saat olub.
Daimi əhali istehlakçı qrupu üzrə istehlak 2013-cü illə müqayisədə 1,6 milyon kilovat-saatdan çox artaraq, təxminən 22 milyon kilovat-saat təşkil edib. Ödənişdə müvafiq olaraq 19 faiz və 7 faiz artım qeydə alınıb.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, digər şəbəkələrdə olduğu kimi, burada da elektrik enerjisindən qeyri-qanuni istifadə halları mövcuddur. Belə halların aradan qaldırılması üçün reydlər aparılır və tədbirlər görülür. Ötən il 150-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkarlanıb. Qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 659,5 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 39,6 min manatdan çox istehlak dəyəri bərpa olunub.