REGİONLAR


Zərdabda hər hektardan 30,6 sentner taxıl yığılıb

A+ A

Zərdab, 4 iyul, AZƏRTAC

Əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Zərdab rayonunda taxıl biçini kampaniyası optimal müddətdə və itkisiz başa çatıb.

AZƏRTAC rayon icra hakimiyyətinə istinadla xəbər verir ki, cari mövsümdə bölgədə 17 min 7 hektarda taxıl yetişdirilmişdi. Zəmilərin 10 min 665 hektarını buğda, qalanı isə arpa təşkil edirdi. Biçin kampaniyasına 30-dan çox kombayn cəlb olunmuşdu. Zəmilərdən 52,1 min ton məhsul götürülüb. Bu göstərici ötən ildəkindən 2251 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq da ötən mövsümdəkindən çox - 30,6 sentner olub.

Bir sıra ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Bıçaqçı, Körpükənd, Əlibəyli ərazi vahidlərində, Bəyimli qəsəbəsində daha yüksək məhsuldarlıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.