REGİONLAR
Zərdabda heyvandarlıq intensiv inkişaf edir
Zərdab, 1 fevral, AZƏRTAC
Son illərdə Zərdab rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq intensiv inkişaf edir.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, aqrar sektora göstərilən dövlət qayğısı Zərdabda kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlığın da inkişafına güclü təkan verir. Təkcə ötən il iribuynuzlu mal-qara 2013-cü ilə nisbətən 188 baş artaraq 54236 başa, davarlar isə 1461 baş artaraq 112584 başa çatıb.
Keçən il heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər də 2013-cü ildəkinə nisbətən xeyli artıb.