REGİONLAR


Zərdabda torpaqların elektron kadastr uçotu informasiya sistemi ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

A+ A

Zərdab, 28 oktyabr, AZƏRTAC

Zərdabda rayon icra hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sistemi ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında əsas məqsədin rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğunu bildirib.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yer quruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri Əliqulu Cabbarov “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin hazırlanması qaydaları” barədə ətraflı məlumat verib.

Sonra maarifləndirici videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda məsələ ilə əlaqədar suallar cavablandırılıb və müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.