REGİONLAR
Zərdabda zəmilərdən 49850 ton taxıl yığılıb
Zərdab, 6 iyul, AZƏRTAC
Zərdab taxılçıları cari ilin biçin kampaniyasını müvəffəqiyyətlə başa çatdırıblar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin məhsulu üçün 16730 hektarda taxıl əkilib. Əkin sahələrinin 10365 hektarı buğda, 6365 hektarı isə arpa olub. Biçin kampaniyası dövründə hər gün zəmilərə 30-35 kombayn çıxarılıb. Artıq taxıl yığımı uğurla sona çatıb. Zəmilərdən 49850 ton mühüm strateji məhsul olan taxıl götürülüb. Məhsul istehsalı ötən ilə nisbətən 118 ton artıb. Hər hektardan 29,8 sentner taxıl əldə edilib.
Rayonun daha çox taxıl əkilən ərazilərində, o cümlədən Məlikli, Qoruqbağı, Məmmədqasımlı, Hüseynxanlı, Dəkkəoba, Qaravəlli və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]