REGİONLAR


Zərdabın Aşağı Seyidlər və Şahhüseynli kəndlərinə təbii qaz verilib

Zərdab, 28 dekabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Zərdab rayonunun Aşağı Seyidlər və Şahhüseynli kəndlərinə “mavi yanacaq” verilib. Ümumilikdə, 481 abonentin olduğu yaşayış məntəqələrinin qazlaşdırılması üçün müxtəlif diametrli 46219 metr daşıyıcı və paylayıcı xətt çəkilib.

AZƏRTAC xəbər verir ki, yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi ilə əlaqədar dekabrın 28-də Aşağı Seyidlər kəndində açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev sakinləri təbrik edib, ölkəmizdə, o cümlədən bölgədə son illər həyata keçirilən sosial layihələrdən danışıblar.

Qeyd olunub ki, artıq rayonun 35 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə bu il 13 kəndə qaz xətti çəkilib.

Mərasimdə kənd sakinləri adından çıxış edən Sənayə Mustafayeva sosial qayğılarına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonda rəmzi məşəl alovlandırılıb, kəndlərə təbii qaz verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.