REGİONLAR


Zərdabın kəndlərində içməli su təminatı yaxşılaşdırılır

A+ A

Zərdab, 30 oktyabr, AZƏRTAC

Zərdab rayonunun kənd yaşayış məntəqələrində sakinlərin təmiz içməli su ilə normal təminatı istiqamətində ardıcıl tədbirlər görülür.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə son illərdə 21 ədəd modul tipli sutəmizləyici qurğu, 264 bulaq tikilib istifadəyə verilib.

Kəndlərdə sutəmizləyici qurğuların və bulaqların normal istismarı daim diqqət mərkəzindədir. Təkcə cari ilin ötən dövrü ərzində mövcud bulaqlardan 23-ü əsaslı, 7-si isə cari təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.