CƏMİYYƏT


Zeytun yağı infarktın profilaktikasına kömək edir

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Zeytun yağı Avropa zeytununun meyvəsindən alınır. Müalicəvi xüsusiyyətlərə malik olan zeytun yağı ürək-damar xəstəliklərində profilaktik effekti ilə tanınır. Xüsusilə infarktın və kəskin beyin qan dövranının pozuntularının profilaktikasına kömək edir.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, zeytun yağının unikal xüsusiyyətləri var. O, mədəaltı vəzisinin və mədənin funksiyalarını yaxşılaşdırır. İşlətmə təsiri olduğu üçün bəzi həkimlər qəbizlikdə zeytun yağı qəbul etməyi məsləhət görürlər. Babasilin müalicəsi üçün bəzən zeytun yağı təyin edilir. Zeytun yağı öd ifrazına da kömək edir, öd kisəsi olmayan və öddaşından əziyyət çəkən insanlar üçün ideal vasitədir.

Zeytun yağının tərkibində çoxlu sayda vitamin və antioksidantlar var. Buna görə o, cavanlaşdırıcı təsirə malikdir. Məhz bu səbəbdən yaşlı kişi və qadınların zeytun yağından istifadə etməsi tövsiyə olunur.

Qeyd edək ki, zeytun yağı pəhriz məhsullarından sayılır. Salatlar üçün təmizlənməmiş və soyuq halda sıxılmış ekstra markalı yağlardan istifadə olunur. Birinci yeməklər üçün isə təmizlənmiş zeytun yağı münasibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.