DÜNYA


Zeytunlu Rok Festivalının keçiriləcəyi tarix açıqlanıb

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Bu il “Dəniz, qum, günəş və rok musiqisi” şüarı ilə reallaşacaq Zeytunlu Rok Festivalı avqustun 25-dən 28-dək “Edremit Dalyan” sahilində baş tutacaq.

AZƏRTAC Cihan xəbər agentliyinə istinadla bildirir ki, 2004 –cü ildən fəaliyyətə başlayan festival, bu il yenə rok və alternativ musiqi dünyasının ən yaxşı ifaçıları ilə digər musiqi qruplarını bir araya gətirərək möhtəşəm rok konserti təqdim edəcək.

Bu dəfə festivala Yunanıstan, Bolqarıstan, Rumıniya, Almaniya və Kiprdən olan peşəkar və həvəskar rok və musiqi qrupları qatılacaq.

Qeyd edək ki, ötən il 100 mindən çox roksevərin iştirak etdiyi festivalın bu il olduqca möhtəşəm keçəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.