DÜNYA


“Zibilyığan robot” hazırlanıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

ABŞ-ın Baltimor şəhərinin limanında “zibilyığan robot” üzür. Yuxarı hissəsində yerləşdirilmiş günəş batareyalarının enerjisindən istifadə edən və dəniz axınlarının gücü sayəsində dəyirmana bənzəyən çarxlarını fırladan bu kiçik gəmi şəhərdən axan çayın okeana apardığı tullantıları süzür. Tullantılar gündə bir dəfə emal edilərək yandırılmağa və ya zibilliyə göndərilir.

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, ötən il bu robot vasitəsilə 118 min 670 plastik butulka və 2,6 milyon kötük toplanıb. Bəzi hesablamalara əsasən, hazırda okeanlarda təxminən 270 min ton müxtəlif plastik tullantı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.