İQTİSADİYYAT


Zığ-Hava limanı avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır

Bakı, 7 dekabr, AZƏRTAC

Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar cari ilin dekabrın 9-dan Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində 3 hərəkət zolağından 2-si hərəkət üçün qısa müddətlik bağlanacaq.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən təmir işləri yolun 15-ci kilometrində aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.