İQTİSADİYYAT


Zığ dairəsində bir neçə gün hərəkət məhdudlaşdırılacaq

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir. Bu səbəbdən oktyabrın 31-i səhər saat 10:00-dan etibarən bir neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər.

Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər hansı bir məhdudiyyət olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.