CƏMİYYƏT


Zika virusu yaxın iki ildə də ABŞ əhalisini təhdid edəcək

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, tanınmış alimlər yaxın iki ildə də Zika virusunun ABŞ əhalisini təhdid edəcəyini bildirib.

Bu, bir neçə laboratoriya sınağı və təcrübəsinin həyata keçirilməsindən sonra mütəxəssislərin gəldiyi nəticədir. Həkimlərin sözlərinə görə, ABŞ-ın cənub ştatlarının sakinləri arasında Zika xəstəliyinin yayılması riski yüksəkdir. Bu barədə məlumatı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Entoni Fauçi verib.

Hazırda aparıcı alimlərlə əməkdaşlıq edən hakimiyyət orqanları infeksiyanın daha geniş yayılmasının qarşısını almaq üçün bütün vasitələri işə salıblar. Tədqiqatçılar virusun potensial daşıyıcısı ola biləcək ağcaqanadların sayına nəzarət edirlər.

Xəstəliyə yoluxma halları Texas, Florida, Alabama, Luiziana və Missisipi ştatlarında qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.