DÜNYA


Zimbabvedə polislə nümayişçilər arasında şiddətli qarşıdurma baş verib

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

Zimbabvenin paytaxtı Harare şəhərində ölkədə seçki islahatlarının həyata keçirilməsini tələb edən nümayişçilərlə polis arasında şiddətli qarşıdurma baş verib.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, qarşıdurmalar avqustun 26-da günorta saatlarında şəhərin mərkəzində qeydə alınıb. Polis nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər isə polisə daş atıb, avtomobil şinlərinə od vurublar.

Qarşıdurmalardan sonra biri jurnalist olmaqla ümumilikdə 67 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, icazəli şəkildə təşkil olunan nümayişdə ölkənin 18 müxalifət partiyasının üzvləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.