CƏMİYYƏT
Zimbabvedə son on altı ildə gepardların sayı kəskin azalıb
Bakı, 27 dekabr, AZƏRTAC
London Zooloji Cəmiyyətinin və “Pantera” təşkilatının araşdırmasına görə, gepardların sayı sürətlə azalır.
AZƏRTAC bbc.com saytına istinadla xəbər verir ki, dünyanın ən sürətli məməlilərindən olan gepardlardan vəhşi təbiətdə yalnız 7100 fərdi qalıb. Tədqiqata görə, gepardların yarıdan çoxu Cənubi Afrika ilə altı ölkə arasında ərazidə yaşayır. Asiyada demək olar ki, gepardlar məhv edilib. İranda 50 fərddən az ibarət bir populyasiyanın olduğu təxmin edilir. Zimbabvedə son on altı ildə gepardların sayı 1200-dən 170-ə düşüb. Buna səbəb kimi bu heyvanların qorunan ərazilərdən kənarda qalaraq antropogen təsirə məruz olması səbəb göstərilir. Belə ki, onların 77 faizi park və qoruqlardan kənarda məskunlaşıb.
Araşdırma müəllifləri bu məməlilərin “Qırmızı Kitab”da nəsli tükənməkdə olan kateqoriyasına keçirilməsini tələb edirlər.