İQTİSADİYYAT


“Ziraat Yatırım” “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin hədəf qiymətini artırıb

A+ A

Bakı, 26 avqust, Nihad Budaqov, AZƏRTAC

“Ziraat Yatırım” SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin hədəf qiymətini yüksəldib.

AZƏRTAC banka istinadla xəbər verir ki, “Ziraat Yatırım” “Petkim”in səhmlərinin hədəf qiymətini 4,60 türk lirəsindən 5,10 lirəyə artırıb.

Qeyd edək ki, sentyabrın 6-da “Petkim PetroKimya Holding A.Ş.”nin idarə heyəti toplaşacaq. İclasda şirkətin idarə heyətinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.

Xatırladaq ki, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim”də təxminən 58 faizlik paya sahibdir. SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.