İDMAN


“Zirə” futbol klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb

A+ A

Bakı, 1 yanvar, AZƏRTAC

“Zirə” futbol klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a bildiriblər ki, komanda müdafiə xəttini gücləndirmək məqsədilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, futbolçu cari mövsümün sonunadək “Zirə”nin formasını geyəcək.

Futbolçu ötən mövsüm də “Zirə”nin heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad agent statusunda “qartallar”ın sıralarına qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.