İDMAN


“Zirə” futbol komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb

Bakı, 20 iyul, AZƏRTAC

Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, iyulun 20-də Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Astra”nı (Rumıniya) qəbul edib.

“Dalğa Arena”da keçirilən matçın 5-ci dəqiqəsində “Zirə” hesabı açmağa yaxın olsa da, Riçard Qadzenin vurduğu top qapının yanından keçib. Matçın 17-ci dəqiqəsində “Zirə”nin futbolçusu Kervens Belfortun zərbəsini rəqib komandanın oyunçuları dəf ediblər. Komandaların səylərinə baxmayaraq, görüşün birinci hissəsində hesab açılmayıb.

Matçın ikinci hissəsi də eyni ssenari üzrə davam edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.

Komandalar arasında bir həftə əvvəl Rumıniyada təşkil olunan ilk görüşdə “Astra” 3:1 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, “Zirə” UEFA Avropa Liqası yarışlarında mübarizəni dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.