İDMAN


“Zirə” klubu Antalyada iki yoxlama oyunu keçirəcək

A+ A

Bakı, 5 yanvar, AZƏRTAC

“Zirə” futbol klubu Azərbaycan Premyer Liqasının ikinci hissəsinin hazırlığına start verib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. “Qartallar” yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan sonra komanda bir günlük istirahətə buraxılacaq.

“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin ikinci hissəsi üçün Antalyaya yola düşəcək. Komanda Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Yanvarın 18-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün isə rəqibin adı yaxın günlərdə məlum olacaq.

Komanda yanvarın 23-də Vətənə dönəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.