İDMAN


“Zirə” klubu Kamerun və Rumıniya komandaları ilə yoxlama oyunu keçirəcək

Bakı, 12 iyun, AZƏRTAC

Mayın 24-dən Bakıda təlim-məşq toplanışına start verən “Zirə” futbol klubu hazırlığın ilk mərhələsini iyunun 9-da başa vurub.

AZƏRTAC kluba istinadla xəbər verir ki, “qartallar” hazırlığın ikinci mərhələsinə başlayıblar.

Komanda Türkiyənin Bolu şəhərinə yola düşüb və ilk məşqinə çıxıb. Hazırlığın bu mərhələsində baş məşqçi Ayxan Abbasovun komandası 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Zirə” iyunun 13-də Kamerunun “Kolombe Sportive”, bir həftə sonra isə Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Daha bir yoxlama oyunu isə iyunun 17-də və ya 16-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.