İDMAN


“Zirə” klubu PSJ-nin yetirməsini heyətinə cəlb edib

Bakı, 9 iyun, AZƏRTAC

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” klubu daha bir futbolçu ilə güclənib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, mərkəzi afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

İyirmi səkkiz yaşlı David Manqa Fransanın PSJ klubunun yetirməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” komandası olub.

David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.