İDMAN
“Zirə” klubu Premyer Liqada növbəti qələbəsini qazanıb
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Səbail” klubu öz meydanında “Zirə” kollektivini qəbul edib.
Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. “Zirə”nin futbolçusu Nağıyev matçın 39-cu dəqiqəsində komandasına qələbə qazandıran qolu vurub.
Bu qələbə ilə “Zirə” klubu hesabındakı xallarının sayını 30-a çatdırıb və üçüncü yerdəki mövqeyini möhkəmləndirib.
Turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. “Qəbələ” 31 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinin autsayderi olan “Kəpəz”in isə cəmi 7 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [15:10]
Toni Kroos karyerasını başa vuracağını açıqlayıb
- 21.05.2024 [14:51]
Qubada bilyard turniri keçirilib
- 21.05.2024 [13:57]
Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb
- 21.05.2024 [13:39]
Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb
- 21.05.2024 [13:10]
Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb
- 21.05.2024 [12:22]
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
- 21.05.2024 [11:50]