İDMAN


“Zirə” klubu Rəşad Sadiqov ilə birillik müqavilə imzalayıb VİDEO

Bakı, 30 may, AZƏRTAC

Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, təcrübəli futbolçu Rəşad Sadiqov “qartallar”ın sıralarına qoşulub. Futbolçu birillik müqaviləyə imza atılıb.

Karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər-Lənkəran” və “Qəbələ” klublarının formasını geyən R.Sadiqov milli komandamızda da çıxış edib.

“Zirə”nin legioneri Ben Sanqare ilə danışıqlara yekun vurub. Qarşılıqlı razılaşmaya əsasən, futbolçunun karyerasını başqa yerdə davam etdirməsinə qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.