İDMAN


“Zirə” klubu Türkiyə toplanışından imtina edib

A+ A

Bakı, 16 iyul, AZƏRTAC 

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu Türkiyənin Bolu bölgəsində nəzərdə tutulan təlim-məşq toplanışının ləğvinə qərar verib.

AZƏRTAC xəbər verir ki, klub rəhbərliyi Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu addımı atıb. Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.

Qeyd edək ki, “Zirə” yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi. Ancaq qardaş ölkədə baş verən məlum hadisələrə görə paytaxt təmsilçisi səfərə çıxa bilməyib. Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.