İDMAN


“Zirə” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb

Bakı, 31 yanvar, AZƏRTAC 

“Zirə” klubu qış transfer pəncərəsində daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a bildiriblər ki, hücum xəttini gücləndirmək məqsədi ilə fransalı Ben Sanqare heyətə cəlb olunub. Forvardla ilyarımlıq müqavilə imzalanıb.

“Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı hücumçu aşağı liqa klublarında forma geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.