İDMAN


“Zirə” klubu futbolçuları ilə yeni müqavilə imzalayıb

Bakı, 28 may, AZƏRTAC

“Zirə” futbol klubunda heyətlə bağlı çalışmalar davam edir.

AZƏRTAC kluba istinadla xəbər verir ki, ötən mövsüm komandanın heyətində çıxış edən legionerlərdən 3-nün ən azı daha bir il “qartallar”ın sıralarında qalacağı müəyyənləşib. Ötən il “1+1” şərti ilə anlaşan Milan Düriç və Yovan Krnetanın komandada qalmasına qərar verilib. Həmçinin müqaviləsinin müddəti başa çatan Viktor İqbekoyi ilə yeni anlaşma imzalanıb. Həm Y.Krneta, həm də V.İqbekoyi “qartallar”ın heyətində ardıcıl 3-cü mövsümünü keçirəcək.

Təcrübəli futbolçularla yanaşı, gənclərlə bağlı da işlər davam edir. Belə ki, əvəzedici komandadan cəlb edilən Elgün Nəbiyev, İlkin Muradov və Abdulla Seyidəhmədovla üçillik yeni müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.