İDMAN


“Zirə” klubu qanalı futbolçu ilə müqavilə imzalayıb

A+ A

Bakı, 1 fevral, AZƏRTAC 

Bakının “Zirə” futbol klubunda transfer çalışmaları davam edir.

Klubdan AZƏRTAC-a bildiriblər ki, komanda daha bir futbolçu ilə müqavilə imzalayıb. Qanalı hücumçu Riçard Qadze “qartallar”ın sıralarına qoşulub. İyirmi iki yaşlı hücumçu ilə ilyarımlıq müqavilə imzalanıb.

2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard, həmçinin icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.