İDMAN


“Zirə” klubu səfərdə Lüksemburqun “Differdange” komandası ilə qarşılaşacaq

Bakı, 6 iyul, AZƏRTAC

Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Lüksemburqdakı “Municipal de Differdange” stadionunda keçiriləcək “Differdange”-“Zirə” oyununun baş hakimi slovakiyalı Boris Marhefka olacaq. Ona həmyerliləri Tomaş Vorel və Jan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavol Çmura yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Marton Esterhazi (Macarıstan), hakim-inspektoru isə bolqarıstanlı İchko Lozev olacaq.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Zirə” 2:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.