İDMAN
“Zirə” komandası “Sumqayıt”a bir qolla qalib gəlib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilən ikinci oyunda paytaxtın “Zirə” komandası “Sumqayıt” klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə ev sahibləri qalib gəliblər – 1:0. Oyunda yeganə qolu qarşılaşmanın 35-ci dəqiqəsində “Zirə”nin futbolçusu Riçard Qadze vurub.
Bu oyundan sonra xallarının sayını 26-ya çatdıran “Zirə” klubu bir pillə irəliləyərək dördüncü sıraya yüksəlib. “Sumqayıt” isə 25 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, XX tur çərçivəsində fevralın 28-də keçiriləcək oyunlarda “Qarabağ” komandası “İnter”, “Kəpəz” isə “Qəbələ” ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]