İDMAN
“Zirə” səfərdə “Astra”ya məğlub olub YENİLƏNİB
Bakı, 13 iyul, AZƏRTAC
“Astra”-“Zirə” oyunu başa çatıb.
Görüşdə Rumıniya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.
22:35
"Astra"-"Zirə" oyununun ilk hissəsi heç-heçə ilə yekunlaşıb - 1:1.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunun 31-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar. Rumıniya təmsilçisinin heyətində Aleksandru Yonita fərqlənib. Dörd dəqiqə sonra "Zirə"nin futbolçusu Rəşad Sadiqov hesabı bərabərləşdirib.
Komandaların cəhdlərinə baxmayaraq ilk hissənin sonunadək hesab dəyişməyib.
21:36
Bakının "Zirə" futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rumıniyada yerli "Astra" komandasının qonağıdır.
Giurgiu şəhərindəki Marin Anastasoviçi stadionunda keçirilən oyunda "Zirə"nin start heyətində Anar Nəzirov, Jozef Bum, Vüqar Mustafayev, Rəşad Sadiqov, Orxan Əliyev, Milan Dyuriç, David Manqa, Kervens Belfort, Aleksandr Şemonyayev, Qabriel Matey və Yovan Krneta yer alıblar.
Belaruslu baş hakim Sergey Sinkeviçin idarə etdiyi matçda "Astra"nın ilk on birliyində meydana Plemen İlyev, Markus Vidal, Florin Bejan, Klaudio Belu Yordaçe, Aleksandru Yonita, Viorel Nikoara, Eriko, Flip Mrjyak, Aleksandru Dandea, Aleksandru Stan və Remus Boqdan Çipirliu çıxıblar.
Qeyd edək ki, "Zirə" turnirin birinci təsnifat mərhələsində Lüksemburqun "Differdange" komandasından üstün olub.