İDMAN


“Zirə” və “İnter” klublarının UEFA Avropa Liqasında rəqibləri bəlli olub

Nyon, 19 iyun, AZƏRTAC

İyunun 19-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə Avropa Liqasının 2017-2018-ci il mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkü atılıb.

Bakı vaxtı ilə saat 15:00-da start götürən mərasimdə birinci təsnifat mərhələsində yarışacaq Azərbaycan klubları - “Zirə”nin və “İnter”in rəqibləri müəyyənləşib.

“İnter” və “Zirə” klubları püşkatmada səpələnmişlər səbətində yer alıblar. İlk təsnifat mərhələsində “İnter” Serbiyanın “Mladost Luçani”, “Zirə” isə Lüksemburqun “Differdanj 03” klubları ilə qarşılaşacaqlar.

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin oyunları iyunun 29-da və iyulun 6-da, ikinci təsnifat mərhələsinin görüşləri isə iyulun 13-də və 20-də keçiriləcək.

Daha yüksək reytinqli klublar sırasında yer alan “Qəbələ” klubunun iştirak etdiyi püşkatma bu gün Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.